Modern.az

Vaqif Əsədov və Ceyhun Topçubaşov mükafatlandırıldı 

Vaqif Əsədov və Ceyhun Topçubaşov mükafatlandırıldı 

Aktual

10 Dekabr 2018, 17:22

Prezident İlham Əliyev Vaqif Əsədovun “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

 

Modern.az-ın xəbərinə görə, sərəncamda qeyd edilir ki, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının 90 illik yubileyi münasibətilə və Azərbaycanda teatr sənətinin inkişafında xidmətlərinə görə Vaqif Firudin oğlu Əsədov “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilsin.

 

Prezident İlham Əliyev Ceyhun Topçubaşova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında da sərəncam imzalayıb.

 

Sərəncamda qeyd edilir ki, Azərbaycanda səhiyyə sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Ceyhun Mustafa oğlu Topçubaşova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin.

 

Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular