Modern.az

İlham Əliyev Burkina-Fasonun dövlət başçısını təbrik etdi

İlham Əliyev Burkina-Fasonun dövlət başçısını təbrik etdi

Aktual

10 Dekabr 2018, 17:48

Prezident İlham Əliyev Burkina-Fasonun Prezidenti Rok Mark Kristian Kaboreyə təbrik məktubu göndərib.

Modern.az xəbər verir ki, təbrikdə deyilir: "Hörmətli cənab Prezident, Burkina-Fasonun milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost xalqınıza sülh və tərəqqi arzulayıram".

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular