Modern.az

Braziliyadakı Azərbaycan məktəbində xeyriyyə tədbiri keçirilib

Braziliyadakı Azərbaycan məktəbində xeyriyyə tədbiri keçirilib

Aktual

10 Dekabr 2018, 17:58

Dekabrın 7-də Azərbaycan Respublikasının Braziliyadakı Səfirliyi tərəfindən 2018-ci ilin yekunu olaraq, Rio de Janeyro şəhərində yerləşən və Azərbaycan adını daşıyan bələdiyyə məktəbində xeyriyyə tədbiri keçirilib.

Səfirlikdən Modern.az-a verilən məlumata görə, tədbir zamanı, məktəb şagirdlərinə “Escola Municipal Azerbaijao” (Azərbaycan adına Bələdiyyə Məktəbi) yazılı maykalar və digər məktəbə tələb olunan əşyalar hədiyyə edilmiş, ilin ən yaxşı şagirdlərinə səfir Elxan Poluxovun təşəkkürnaməsi təqdim edilib.

Məktəb tərəfindən, Azərbaycanın Braziliyadakı Səfirliyinə, il ərzində göstərdiyi dəstəyə, eləcədə bağışlanmış hədiyyə və ianələrə görə minnətdarlıq bildirilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular