Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, deputatlar Sevinc Fətəliyeva, Sevinc Hüseynova, Mirzəcan Xəlilov Vyetnama səfər edib.
Modern.az xəbər verir ki, səfər çərçivəsində deputatlarımız Vyetnam Kommunist Partiyasının Xarici əlaqələr komissiyasının sədri Hoang Binh Quan ilə görüş keçirib.
Bundan əlavə, deputatlarımız səfər çərçivəsində ümummilli lider Heydər Əliyevin anım mərasimində iştirak edəcəklər.
Toplantı iştirakçıları ulu öndərin şərəfli ömür yolu, Azərbaycan xalqının həmrəyliyi, dövlətimizin möhkəmlənməsi yolunda yürütdüyü müdrik siyasət barədə fikirlərini söyləyəcək, onunla bağlı xatirələrini bölüşəcəklər.