"Azərişıq" ASC Azərbaycanda kommunal xidmətlərin elektron ödənişi sahəsində birinci yerdədir”.
Modern.az xəbər verir ki, bunu jurnalistlərə qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.
T.Mustafayevin sözlərinə görə, təmsil etdiyi qurum bu sahədə xidmətlərini daha da təkmilləşdirir:
"Hazırda "Azərişıq"ın Android və İOS platformalarında işləyən mobil əlavəsinin təkmilləşdirilməsi gedir. Tezliklə abunəçilər bu əlavələrdən daha rahat istifadə etmək imkanı qazanacaqlar. Həmçinin yenilənmiş əlavə daha çox funksional olacaq".