Dərman preparatının qanunsuz yolla ölkəyə gətirilməsi cəhdinin qarşısı alınıb.
Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan Respublikası istiqamətindən “Samur” gömrük postunun ixrac piyada keçid xəttinə daxil olan Azərbaycan vətəndaşı saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.
Yoxlama zamanı, vətəndaşın əynindəki gödəkçənin iç sol cibindən 7 kapsul “Lyrica (preqabalin) 300 mq” adlı dərman preparatı aşkarlanıb.
Xatırladaq ki, “Lyrica (preqabalin)” adlı dərman preparatları Azərbaycan Respublikasının müvafiq qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının Siyahısı”na daxildir.
Faktla bağlı araşdırma aparılır.