Modern.az

Azərbaycanlı futbolçu "Spartak"a keçir?

Azərbaycanlı futbolçu "Spartak"a keçir?

Aktual

21 Dekabr 2018, 19:58

Rusiya Futbol İttifaqı azərbaycanlı futbolçu Ayaz Quliyevın çıxış etdiyi "Rostov" klubuna ağır cəza verib.

"Report" qurumun saytına istinadən xəbər verir ki, İttifaq komandanın heyətinə yeni futbolçu cəlb etməsinə müvəqqəti olaraq qadağa qoyub. 

Buna səbəb "Rostov"un sabiq futbolçusu Yevgeni Makeyevə olan borcunu ödəməməsi göstərilib. Bildirilib ki, klub 29 yaşlı müdafiəçiyə borclarını ödəyəcəyi təqdirdə, bu cəza qaldırıla bilər.

Qeyd edək ki, Ayaz Quliyevlə Rusiyanın digər klubu "Spartak" yaxından maraqlanır.  22 yaşlı yarımmüdafiəçi məhz mövsümün əvvəlində "Spartak"dan "Rostov"a keçib. Bu cəzanın aradan qaldırılmayacağı təqdirdə, "Rostov" istedadlı oyunçunu komandada saxlaya bilər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putini saymadılar - Paşinyandan Rusiya liderinə mesaj