Restoranda atışma olub. Modern.az Axar.az-a istinadən xəbər verir ki, hadisə Avstriyanın paytaxtı Vyana şəhərində qeydə alınıb. Belə ki, “Fiqlmüller” restoranında baş verən atışma nəticəsində 1 nəfər ölüb, 1 nəfər də yaralanıb.
Avstriya Xilasetmə Xidmətindən verilən məlumata görə, hazırda polis cinayətkarın tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirir.
Hadisənin səbəbi hələlik məlum deyil.