Modern.az

Azərbaycan bu il Gürcüstandan 1 milyard kilovatt/saatdan çox elektrik enerjisi alıb

Azərbaycan bu il Gürcüstandan 1 milyard kilovatt/saatdan çox elektrik enerjisi alıb

Aktual

21 Dekabr 2018, 22:54

Bu ilin yanvar-noyabr aylarında Gürcüstan 1,28 mlrd. kilovatt/saatdan çox elektrik enerjisi idxal edib. Modern.az “Report”a istinadən xəbər verir ki, bu barədə “Gürcüstanın elektrik enerjisi sisteminin kommersiya operatoru”nun (ESCO) hesabatında bildirilib.

 

Hesabat dövründə qonşu ölkənin idxal etdiyi elektrik enerjisinin 1 mlrd. kilovatt/saatdan çoxu Azərbaycan, 203 mln. kilovatt/saatı Rusiya, 7,8 mln. kilovatt/saatı Ermənistan, 64,3 mln. kilovatt/saatı isə Türkiyənin payına düşüb.

 

Təkcə noyabr ayında isə Gürcüstanın idxal etdiyi elektrik enerjisinin həcmi 219 mln. kilovatt/saat təşkil edib. Bu həcmin 215,5 mln. kilovatt/saatı və ya 98%-dən çoxu Azərbaycandan idxal olunub.

 

Bu ilin 11 ayı ərzində Gürcüstanın ixrac etdiyi elektrik enerjisinin həcmi isə 588,6 mln. kilovatt/saat təşkil edib ki, bu həcmin də 23,1 mln. kilovatt/saatı Azərbaycanın payına düşüb.

Whatsapp
Bizə yazın!
Keçid et
Putini saymadılar - Paşinyandan Rusiya liderinə mesaj