Modern.az

Bir qələmin, milyonlarla qəlbin səsi

Bir qələmin, milyonlarla qəlbin səsi

Aktual

22 Dekabr 2018, 12:39

Möhtərəm cənab Prezident!

 

Sizi- Azərbaycan xalqının fəxarət və qürur mənbəyini, milli hiss və duyğularının tərcümanını, dünəninin, bu gününün və sabahının təəssübkeşini, xalqımızın ən yüksək  və özünəxas keyfiyyətlərinin daşıyıcısını, təbliğatçısını ad gününüz və qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramları münasibəti ilə ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı, ailənizlə birlikdə səadət dolu illər  və daha qüdrətli Azərbaycan naminə fədakar fəaliyyətinizdə yeni-yeni uğurlar   arzulayıram.

 

Sizin   sonsuz və tükənməyən Azərbaycan sevginiz Mübariz haqqında danışanda dolan göz yaşında, körpə uşaqları qucağınıza alıb onları əzizləyəndə, Novruz bayramında simanızı bəzəyən təbəssümünüzdə, dünya liderləri ilə görüşəndə  nadir diplomatlara, eyni zamanda özünüzəxas görkəm və yestlərdə,  Azərbaycan bayrağını qaldıran, ölkəmizin şərəfinə himn səsləndirən idmançıları təltif edəndə qəlbinizin sevincdən vuran döyntülərində, xeyir-dua ilə buraxılış obyeklərinin  qırmızı lentərini kəsəndə  fərəhdən qabaran köksünüzdə, bölgələrdə sakinlərlə ünsiyyət zamanı qayğı, diqqət, həssasiyət nümunəsi kimi yaddaşlara hopan fəaliyyətinizdə,  eyni zamanda düşmənlə üzbəüz səngərdə,  hiddət və qəzəb dolu baxışlarınızda, Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə, dövlətçiliyinə qənim kəsilənlərə qarşı prinsipial və barışmaz mövqeyinizdə təzahür edir.

 

Möhtərəm cənab Prezident!

 

Ad gününüz və qarşıdan gələn bayramlar münasibəti ilə Sizi bir daha təbrik edir , Sizə ən xoş arzularımı bildirirəm.

 

Dərin hörmətlə,

Abid Tahirli   

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı