Modern.az

Oqtay Əsədov İrana gedəcək

Oqtay Əsədov İrana gedəcək

Aktual

22 Dekabr 2018, 12:59

Milli Məclisin sədri Oqtay Əsədovun rəhbərliyi ilə parlamentin nümayəndə heyəti İran parlament sədrinin dəvəti əsasında dekabrın 25-də bu ölkəyə səfər edəcək.

Trend-in İSNA-ya istinadən məlumatına görə, Milli Məclisin spikerinin iki günlük səfəri çərçivəsində Prezident Həsən Ruhani, İran parlamentinin sədri, Ali Milli Təhlükəsizlik Şurasının katibi, xarici işlər naziri ilə görüşü nəzərdə tutulub.

O.Əsədovun Urmiya şəhərinə də səfəri planlaşdırılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı