Modern.az

Gürcüstandan gələn avtomobildə pirotexniki vasitələr aşkarlandı

Gürcüstandan gələn avtomobildə pirotexniki vasitələr aşkarlandı

Aktual

22 Dekabr 2018, 15:04

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, Gürcüstan istiqamətindən"Mazımçay" gömrük postuna daxil olan "BMW 525" markalı avtomobil saxlanılıb və gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsindən Modern.az-a verilən məlumata görə, baxış zamanı nəqliyyat vasitəsinin hər iki ön oturacağının və qabaq sağ ayaqaltının altından üzərində "Petards" yazısı olan 6000 ədəd və üzərində "Football Salute" yazısı olan 250 ədəd pirotexniki vasitələr aşkarlanıb. 

Faktla bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı