Dənizkənarı Milli Park ərazisində 1 nəfər dənizə düşüb.
Bu haqda Modern.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Məlumata görə, dərhal hadisə yerinə cəlb olunmuş Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşı sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.