Modern.az

Trampın xüsusi nümayəndəsi istefa verdi

Trampın xüsusi nümayəndəsi istefa verdi

Aktual

22 Dekabr 2018, 21:15

ABŞ prezidenti Donald Trampın İŞİD terror qruplaşması ilə mübarizədə digər ölkələrlə qarşılıqlı fəaliyyət məsələləri üzrə xüsusi nümayəndəsi Brett Makqurk istefa verib. Modern.az “CBS News”a istinadən xəbər verir ki, o, 2019-cu ilin fevralında öz postunu tərk edəcək.

 

Bildirilir ki, D.Trampın ABŞ ordusunun Suriyadan çıxmasına dair qərarına görə Makqurkla prezident arasında yaranmış fikir ayrılığı onun istefa qərarına səbəb olub.

 

Qeyd edək ki, B. Makqurk 2015-ci ildən İŞİD-lə mübarizə ilə bağlı məsələlərlə məşğul olur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı