Gürcüstan paytaxtı Yeni il və Milad bayramına tam hazırdır. Modern.az Azərtac-a istinadən xəbər verir ki, Gürcüstan paytaxtında Yeni il yolkası ilk dəfə olaraq parlamentin binası önündə deyil, Birinci Respublika meydanında quraşdırılıb.
Dekabrın 22-də saat 20:00-da Tbilisi şəhərinin meri Kaxa Kaladze bayram yolkasının işıqlarını yandırıb. Mer bildirib ki, paytaxt tarixində ilk dəfədir belə çoxşaxəli tədbirlər proqramı hazırlanıb.
Yeni il yolkasının işıqları yandırıldıqdan sonra tanınmış musiqi qrupları maraqlı konsert proqramı ilə çıxış ediblər.
Bildirilib ki, dekabrın 29-dan yanvarın 7-dək Birinci Respublika meydanında “Yeni il kəndi” fəaliyyət göstərəcək. Burada yarmarkalar təşkil olunacaq və müxtəlif tədbirlər keçiriləcək.