Modern.az

Miqrasiya orqanlarına qulluğa qəbul imtаhаnının nəticələri açıqlandı

Miqrasiya orqanlarına qulluğa qəbul imtаhаnının nəticələri açıqlandı

23 Dekabr 2018, 17:28

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün Azərbaycan Respublikasının miqrasiya orqanlarına qulluğa qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçirib.

 

DİM-in mətbuat xidmətindən Modern.az verilən məlumata görə, imtahanda iştirak etmək üçün 394 nəfərin namizədliyi qeydə alınsa da, onlardan 324 nəfər imtahana qatılıb.

 

İmtahanın nəticələri saat 16:05-dən etibarən DİM-in internet saytında yerləşdirilib.

 

Test imtahanının nəticələrinə əsasən, 117 nəfər müsabiqə şərtini ödəyərək (70 və daha artıq bal toplayaraq) müsabiqənin növbəti mərhələsində iştirak etmək hüququ qazanıb.

Sizə yeni x var
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı