Modern.az

Minik maşını traktorun qoşqusuna çırpıldı: 5 yaralı

Minik maşını traktorun qoşqusuna çırpıldı: 5 yaralı

23 Dekabr 2018, 21:44

Bakı-Qazax avtomobil yolunun Goranboy rayonu ərazisindən keçən hissəsində baş vermiş yol qəzası nəticəsində yaralıların sayı artıb. Modern.az "Report"a istinadən xəbər verir ki, 1975-ci il təvəllüdlü Yevlax rayon sakini İsmayılov Famil İldırım oğlunun idarə etdiyi "Lifan" markalı avtomobilin traktorun qoşqusuna çırpılması nəticəsində sürücü də daxil olmaqla 5 nəfər xəsarət alıb.

 

Bunlar onun 1970-ci il təvəllüdlü qardaşı İsmayılov Elburus İldırım oğlu, 1965-ci il təvəllüdlü İsmayılova Xurmayə Maşallah qızı, 2004-cü il təvəllüdlü İsmayılov Vüqar Elburus oğlu və İsmayılov Ramiz Famil oğludur. Onların vəziyyətinin normal və qənaətbəxş olduğu bildirilir.

 

Daha əvvəl yaralıların 3 nəfər olduğu məlum idi.

Sizə yeni x var
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı