Modern.az

Salyanda iki qardaşı qohumları bıçaqladı

Salyanda iki qardaşı qohumları bıçaqladı

Aktual

24 Dekabr 2018, 00:06

Bu gün axşam saatlarında Salyan şəhərində bıçaqlanma hadisəsi baş verib. Modern.az “Report”a istinadən xəbər verir ki, şəhərin M.F.Axundov küçəsində yaşayan 1983-cü il təvəllüdlü Hənifəyev Əfzələddin Tahir oğlu və onun 1989-cu il təvəllüdlü qardaşı Hənifəyəv Elnur bıçaq xəsarətləri ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

 

Xəsarətlər yüngül olduğundan Travmatologiya şöbəsində onlara ilkin tibbi yardım göstərilib. Hər iki qardaşın qohumu tərəfindən bıçaqlandığı bildirilir. Hadisənin səbəbi hələlik məlum deyil.

 

Faktla bağlı araşdırma aparılır.

 

Daha əvvəl Yevlaxda orta yaşlı kişi bıçaqlanıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı