Modern.az

Deputat seçiciləri ilə görüşdü

Deputat seçiciləri ilə görüşdü

Aktual

24 Dekabr 2018, 12:33

Quba rayonundan millət vəkili seçilmiş Vahid Əhmədov dünya azərbaycanlılarının həmrəylik günü və yeni il bayramları ərəfəsində Qubadakı ofisində öz seçiciləri ilə görüşərək onları qəbul edib.

 

Modern.az xəbər verir ki, 2018-ci ilin qubalılar və ümumən Azərbaycan əhalisi üçün uğurlu il olduğunu qeyd edən millət vəkili, konkret faktlarla görülmüş işləri qeyd edib, əhalini narahat edən və həlli vacib məsələlərdən danışıb. Quba rayonunda da faydalı işlərin həyata keçirildiyi, yeni istehsal müəssisələrinin açıldığı,sosial yönümlü obyektlərin istifadəyə verildiyi qeyd olunub. Sonra qəbul üçün qeydiyyatdan keçmiş vətəndaşların istəyi ilə onlar tək-tək qəbul ediliblər. Qəbulda qonşu Xaçmaz və Qusar rayonundan gəlmiş vətəndaşlarda olublar. Ümumilikdə 63 nəfər qəbul edilmiş, onları narahat edən məsələlər diqqətlə dinlənilib, köməkçi tərəfindən bütün qabardılan məsələlər qeydiyyata alınıb.

Təəssüflə qeyd etmək lazımdır ki, uzun illərin problemi - yığılmış bol meyvə məhsulunun saxlanılması və xüsusilə satılması məsələləri kənd əhalisini bu zamanda ən çox narahat sual kimi hələdə qalmaqdadır. Paralel olaraq tarla işlərinin başlanılması və gübrələrin, dərman preparatlarının keyfiyyətinin aşağı olması əhalini indidən narahat etməyə başlayıb. Qazın, elektrik enerjisinin verilməsində müsbət irəliləyişlərin olduğu qeyd edilib, istifadə haqlarının yığılmasında qeyri müəyyənliklərin olduğu söylənilib. Deputatın araşdırmasından sonra bu yönümlü bir neçə məsələ qəbul zamanı öz həllini tapıb. Qubada son zamanlar kənd yollarının tikilməsı və təmir edilməsində xeyli yaxşı işlərin görüldüyü qeyd olunmuş, deputatdan aidiyyətı təşkilatlara onların minnətdarlığının çatdırılması və bu işlərin davam etdirilməsi xahiş edilib.

Qəbuldan sonra rayon rəhbərliyi ilə görüş olmuş, seçicilərın arzu və istəkləri barəsində müzakirə aparılıb.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı