Modern.az

Nazir Braziliyanın yeni səfirini qəbul edib

Nazir Braziliyanın yeni səfirini qəbul edib

Aktual

24 Dekabr 2018, 20:09

Xarici işlər naziri Elmar Məmmədyarov Braziliya Federativ Respublikasının Azərbaycan Respublikasında yeni təyin olunan səfiri Manuel Adalberto Karlos Monteneqro Lopes da Kruz ilə görüşüb.

 

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, görüşdə tərəflər iki ölkə arasındakı münasibətlərin hazırkı durumunu yüksək qiymətləndiriblər, eyni zamanda, əlaqələrin daha da inkişafı üçün böyük potensialın mövcud olduğunu qeyd ediblər. 



Tərəflər Azərbaycan və Braziliya arasında yüksək səviyyəli qarşılıqlı səfər mübadiləsinin ikitərəfli əməkdaşlığın daha da irəli aparılması baxımından vacibliyini bildiriblər. 



Səfir Manuel Adalberto Karlos Monteneqro Lopes da Kruz etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim edib. 



Nazir Elmar Məmmədyarov Braziliyanın yeni təyin olunmuş səfirinə diplomatik fəaliyyətində uğurlar arzulayıb. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı