Modern.az

Metronun “28 May” stansiyasındakı gərginliyin səbəbi AÇIQLANDI

Metronun “28 May” stansiyasındakı gərginliyin səbəbi AÇIQLANDI

Aktual

24 Dekabr 2018, 20:01

Bu gün axşam saatlarında "Bakı Metropoliteni"nin "28 May" stansiyasının əsas girişi qısamüddətli bağlanıb. Bu barədə Modern.az-a qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

 

O bildirib ki, buna səbəb stansiyada sərnişinlərin təhlükəsizliyinin təmin edilməsidir: "Pik saatlara görə stansiyada sərnişin sıxlığı müşahidə edilib. Sıxlıq yarandığı üçün qaydalara uyğun olaraq sərnişinlərin təhlükəsizliyini təmin etmək məqsədilə stansiyanın əsas girişi saat 19:00 radələrində 5 dəqiqəlik bağlanıb. Sərnişin sıxlığı aradan qaldırıldıqdan sonra yenidən stansiyaya girişə icazə verilib. Hazırda qatarların hərəkətində heç bir problem yoxdur".

Sizə yeni x var
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı