Modern.az

Daha bir müğənni "Maşın"dan getdi

Daha bir müğənni

Aktual

25 Dekabr 2018, 00:29

"Hind kinosu" devizi altında "Maşın" realiti şounun növbəti buraxılışı yayımlanıb. Modern.az xəbər verir ki, şounun 11-ci günündə ilk dəfə olaraq bütün iştirakçıların şəkli eyni sayda çıxıb. Odur ki, gün ərzində iştirakçıların hamısının səsverməsi hesablanıb. Məlum olub ki, müğənni Samir Cavadzadəyə gün ərzində heç kim səs göndərməyib. Ona görə də Samir tribunaya çıxmalı olub.

 

Veriliş boyu heç kimin adını çəkməyən Samir sonda 39,80 faiz səs toplayaraq özü getməli olub.

 

Qeyd edək ki, hazırda şouda 7 iştirakçı mübarizəni davam etdirir. Bunlar müğənnilər Səmra Rəhimli, Dilarə Kazımova, reper Ramin Nabran, aparıcılar Ranar Musayev, Xose Bernardo, aktrisa Xəyalə Quliyeva və aktyor Sərxan Kərəmoğludur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı