Modern.az

“İçərişəhər” Qoruğunda YENİLİK  

“İçərişəhər” Qoruğunda YENİLİK   

Aktual

25 Dekabr 2018, 09:08

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin strukturunda yenilik edilib.

Modern.az xəbər verir ki, Baş nazir Novruz Məmmədovun imzaladığı qərarla “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin fəaliyyətinin səmərəliliyinin artırılması məqsədi ilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin strukturunda Ənənəvi İncəsənət Mərkəzi yaradılıb.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə tapşırılıb ki, Ənənəvi İncəsənət Mərkəzinin saxlanılması xərclərini Azərbaycan Respublikasının dövlət büdcəsindən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə ayrılan vəsait çərçivəsində təmin etsin.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı