Bu gün 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Ağstafa rayonunun bütün uşaq bağçalarında bayram şənliklərinin keçirilməsi davam edir.
Modern.az xəbər verir ki, tədbirlərdə Uşaqların ifasında Yeni İlə həsr olunmuş şerlər, mahnılar, eləcə də nümayiş etdirilən mili və xarici rəqs nömrələri alqışlarla qarşılanıb. Balacaların nümayiş etdirdiyi yeni il səhnəcikləri maraqla izlənilib.
Bağçalarda şaxta babanın və qar qızın hədiyyələrlə şənliyə gəlməsi, uşaqların bayramını təbrik edərək hədiyyələr paylaması və uşaqlarla rəqs etməsi onların daha da sevincinə səbəb olub.