Modern.az

Ermənilər kəndlərimizi atəşə tutdu

Ermənilər kəndlərimizi atəşə tutdu

Aktual

25 Dekabr 2018, 10:08

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 29 dəfə pozub.

Müdafiə Nazirliyindən Modern.az-a verilən məlumata görə, Ermənistan Respublikası Noyemberyan rayonunun Voskevan, Voskepar kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Fərəhli kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Göyəli kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

Ağdam rayonunun işğal altında olan Baş Qərvənd, Yusifcanlı, Mərzili, Füzuli rayonunun Aşağı Veysəlli, Qərvənd, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Sizə yeni x var
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı