Modern.az

Gəncədə 28 yaşlı kişi küçədə qətlə yetirildi

Gəncədə 28 yaşlı kişi küçədə qətlə yetirildi

Aktual

25 Dekabr 2018, 10:18

Gəncədə qətl hadisəsi baş verib.

Modern.az-ın Trend-ə istinadən məlumatına görə, hadisə şəhərin mərkəzində baş verib. Şəhər sakini, 1990-cı il təvəllüdlü Həsənov Elçin Ədalət oğlu küçədə döş qəfəsindən bıçaqlanıb. Yaralı Gəncə şəhər 3 saylı Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

E.Həsənov aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, hadisəni törədən şəxsin tutulması istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı