Gənclər və idman nazirinin müavini İntiqam Babayevin Bakının Bülbül prospektində, “Nizami” Kino Mərkəzinin qarşısında qəzaya düşməsi barədə xəbər yayılıb.
Gənclər və İdman Nazirliyinin mətbuat katibi Samayə Məmmədova bəzi KİV-lərdə yayılan xəbərla bağlı Modern.az-a açıqlama verib:
“İntiqam Babayev hazırda işinin başındadır. Deyilənlər haqqında heç bir məlumatım yoxdur”.
Yayılan məlumatlara görə, “Nizami” Kino Mərkəzinin qarşısında "Nissan Tida" markalı maşın İntiqam Babayevin əyləşdiyi "BMW" markalı avtomobilin qapısına çırpılıb.