Modern.az

FHN gücləndirilmiş rejimdə çalışacaq

FHN gücləndirilmiş rejimdə çalışacaq

Aktual

25 Dekabr 2018, 15:28

Fövqəladə Hallar Nazirliyi (FHN) bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq.

Modern.az-ın xəbərinə görə, 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində və bayram günlərində baş verə biləcək fövqəladə hadisələrin qarşısının daha operativ alınması və nəticələrinin aradan qaldırılması, əhalinin təhlükəsiz istirahətinin təmin edilməsi məqsədilə FHN-nin aidiyyəti qəza-xilasetmə qurumları və regional mərkəzləri 29 dekabr 2018-ci il tarixindən 2 yanvar 2019-cu il tarixinədək gücləndirilmiş iş rejimində çalışacaq.

Bununla əlaqədar Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov tərəfindən müvafiq əmr imzalanıb.

 

 

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı