Modern.az

Qubada gənc ana üçəm dünyaya gətirib

Qubada gənc ana üçəm dünyaya gətirib

Aktual

25 Dekabr 2018, 15:50

Quba rayon Alpan kənd sakini 24 yaşlı Şəbnəm Əkbərovanın üçəm körpələri dünyaya gəlib. Dekabrın 8-də doğulan körpələrdən ikisi qız, biri oğlandır.

Modern.az-ın məlumatına görə, Quba Regional Perinatal Mərkəzin direktoru Şəhla Həsənova AZƏRTAC-a bildirib ki, vaxtından əvvəl doğulan (hamiləliyin 30-cu həftəsində) uşaqların vəziyyəti olduqca ağır idi. Doğularkən qız uşaqları 950 və 980 qram, oglan isə 1 kiloqram 450 qram çəkidə olub.

Yeni doğulan körpələr kuvezə yerləşdirilərək tənəffüs aparatına qoşulub. Üçəmlər yalnız bir həftədən sonra tənəffüs aparatından ayrılaraq sərbəst nəfəs almağa başlayıblar.

Şəhla Həsənova bildirib ki, təbii doğuşla dünyaya gələn körpələr hələ 10 günə kimi kuvezdə saxlanılacaq. Hazırda hər üç uşaq normal inkişaf edir. Körpələrin boyu və çəkisi artır.

Uşaqların anası Şəbnəm Əkbərova müvafiq müalicələrdən sonra xəstəxanadan evə buraxılıb. Bu, gənc ananın ilk hamiləliyidir.

Bundan əvvəl Quba rayonunda üçəmlərin dünyaya gəlməsi 10 il əvvələ təsadüf edib. Ötən ilin dekabr ayında isə Qusar rayon sakini Şəhla Əmirəliyevanın üçəm körpələri dünyaya gəlmişdi.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı