Modern.az

Bakı metrosunda ÖLÜM hadisəsi

Bakı metrosunda ÖLÜM hadisəsi

Aktual

25 Dekabr 2018, 17:10

Bakı metrosunda ölüm hadisəsi baş verib.

Modern.az-ın Trend-ə istinadən məlumatına görə, hadisə metronun "28 May" stansiyasında qeydə alınıb.

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Trend-ə hadisəni təsdiqləyib:

"Hadisə bu gün saat 16:25 radələrində metronun "28 May" stansiyasında baş verib. Bakı şəhər sakini 1940-cı il təvəllüdlü Nazim Əhmədov stansiyanın platformasında öz əcəli ilə dünyasını dəyişib".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı