Modern.az

Bakıda gənc oğlan bıçaqlandı

Bakıda gənc oğlan bıçaqlandı

25 Dekabr 2018, 20:02

Bakıda gənc oğlan küçədə bıçaqlanıb. Modern.az “Trend”ə istinadən xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonu ərazisində baş verib.

Rayon sakini, 1994-cü il təvəllüdlü Tanrıverdiyev Rəhim Rauf oğlu küçədə kürək nahiyəsindən bıçaqlanıb.

Yaralı Kliniki Tibbi Mərkəzə çatdırılıb və əməliyyat olunub. Hadisənin kim tərəfindən və nə məqsədlə törədildiyi məlum deyil.

Faktla bağlı Nərimanov rayon Prokurorluğunda araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! Kəlbəcərdə DƏHŞƏTLİ PARTLAYIŞ - Çoxlu sayda YARALI VAR