PAOK-un müdafiəçisi Yevgeni Xaçeridi karyerasını ölkəmizdə davam etdirə bilər. Modern.az Qol.az-a istinadən xəbər verir ki, 31 yaşlı futbolçu Macarıstan və Rumıniya ilə yanaşı, Azərbaycan klublarının birindən təklif alıb. Ancaq yerli mətbuat həmin komandanın adını açıqlamayıb.
Qeyd edək ki, Xaçeridinin PAOK-la 2021-ci ilin yayına kimi müqaviləsi var. Ukraynalı müdafiəçinin transfer məbləği 2,5 milyon avrodur.