Modern.az

Piyadanı vurub qaçan sürücü saxlanıldı

Piyadanı vurub qaçan sürücü saxlanıldı

Aktual

25 Dekabr 2018, 23:58

Bu gün axşam saatlarında Saatlı rayonunun Qıraqlı kəndində minik maşını yolu keçmək istəyən piyadanı vurub. Modern.az Virtualaz.org-a istinadən xəbər verir ki, hadisə nəticəsində Qıraqlı kənd sakini, 47 yaşlı Eldəniz Ağazadə oğlu Babayev ağır xəsarət alıb. Qəzanı törədən 30 BF 744 dövlət nömrə nişanlı “Mercedes”in sürücüsü, 29 yaşlı İmişli şəhər sakini Elşən Ələsgər oğlu Ağazadə hadisə yerindən uzaqlaşsa da, DYP əməkdaşları tərəfindən tapılaraq Saatlı Rayon Polis Şöbəsinə gətirilib.

 

Saatlı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilimiş piyadanın vəziyyətinin ağır olduğu deyilir.

 

Faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
SON DƏQİQƏ! Kəlbəcərdə DƏHŞƏTLİ PARTLAYIŞ - Çoxlu sayda YARALI VAR