Modern.az

“Maşın”ı bir gündə iki iştirakçı tərk etdi

“Maşın”ı bir gündə iki iştirakçı tərk etdi

26 Dekabr 2018, 00:14

"Hind kinosu" devizi altında "Maşın" realiti şounun növbəti buraxılışı yayımlanıb. Modern.az xəbər verir ki, şounun 12-ci günündə şounu iki nəfər tərk edib. Bu dəfə səsverməyə reper Ramin Nabran çıxıb. Amma səs toplaya bilməyən reper oyunu tərk edib.

 

Reperin iştirakçılarla vidalaşması zamanı isə daha bir olay baş verib.  Ramin Nabran iştirakçı Dilarə Kazımova ilə görüşdüyü zaman o əlimi bir anlıq maşından götürüb.

 

Bununla da “Maşın”ı həm Ramin Nabran, həm də Dilarə Kazımova tərk edib.

 

Qeyd edək ki, hazırda şouda 5 iştirakçı mübarizəni davam etdirir. Bunlar müğənni Səmra Rəhimli, aparıcılar Ranar Musayev, Xose Bernardo, aktrisa Xəyalə Quliyeva və aktyor Sərxan Kərəmoğludur.

Sizə yeni x var
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı