Modern.az

Tanınmış akademikin vəziyyəti ağırlaşdı

Tanınmış akademikin vəziyyəti ağırlaşdı

26 Dekabr 2018, 00:27

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədovun səhhəti ağırlaşıb. Modern.az Ölkə.az-a istinadən xəbər verir ki, 68 yaşlı akademikin böyrəkləri dayanıb. Həkimlər onu xəstəxanada müalicə edə bilmədiyindən evə buraxıblar.

 

Ramiz Məmmədov səhhətində yaranan ciddi problemlər üzündən bir neçə vaxtdır ki, işə çıxa bilmir.

 

Xatırladaq ki, akademik R.Məmmədov 4 fevral 1950-ci ildə Gürcüstan SSR-in Qardabani rayonunun Qaracalar kəndində anadan olub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı