Türkiyənin Kırşehir şəhərinin Akpınar rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Modern.az “Anadolu” Agentliyinə isytinadən xəbər verir ki, Kirşəhir-Ankara marşrutu ilə hərəkət edən sərnişin avtobusunun aşması nəticəsində 3 nəfər həlak olub, 20 nəfər yaralanıb. Qəzaya səbəb yolun buzlu olması göstərilir.
Bildirilir ki, qar Ankara-Kayseri yolunu da tam bağlayıb.