Modern.az

“Gürcüstanda qiymətlər Azərbaycanla eynidir”- RƏSMİ

“Gürcüstanda qiymətlər Azərbaycanla eynidir”- RƏSMİ

26 Dekabr 2018, 13:56

"Gürcüstanda turizm xidmətlərinin qiymətləri Azərbaycanla eynidir. Lakin azərbaycanlılar Gürcüstanda az xidmət göstərən obyektləri, az ulduzlu otelləri Azərbaycanda çox xidmət göstərən otellərlə müqayisə edirlər. Məsələn,Gürcüstanda "Şahdağ" səviyyəsində xidmət göstərən kompleks yoxdur".

 

Modern.az-ın məlumatına görə, bu barədə Dövlət Turizm Agentliyinin mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə jurnalistlərə bildirib.

 

Onun sözlərinə görə, turizm sahəsində sağlam rəqabət mühitinin yaradılması əsas məqsəddir. 

"Bazar tələblərinə uyğun rəqabət formalaşmasını istəyirik. Özəl sektora tövsiyyə edirik ki, xidmət yaradanda investisiyanı bir mövsümdə geri qaytarmağa çalışmasınlar, bu sərmayələr uzun müddətli olmalıdır". 

K.Quluzadə qeyd edib ki, Azərbaycanda turizm sənayesi yeni formalaşmağa başlayır. "Azərbaycanda bahalı turizm infrastukturu yaradılıb. Orta və az büdcəli turizmin yaradılması nəzərdə tutulur ki, yerli və xarici turistlər öz büdcələrinə uyğun istirahət edə bilsinlər. Tələb ondan ibarətdir ki, çeşidin və xidmətlərin sayı az ola bilər, amma xidmətlərin səviyyəsi aşağı ola bilməz". 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı