Modern.az

Soyuqbulaq qəsəbəsində  görüş keçirildi

Soyuqbulaq qəsəbəsində  görüş keçirildi

Aktual

26 Dekabr 2018, 17:30

Ağstafa rayonu İcra hakimiyyətinin başçısı Məhərrəm Quliyev rayonumuzun Soyuqbulaq  qəsəbəsində növbəti səyyar qəbulunu keçirdi.

 

Modern.az xəbər verir ki, görüşdə  icra başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, bir sıra idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.

İcra başçısı Məhərrəm Quliyev qeyd etdi ki,  əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş ictimai-siyasi sabitliyin hazırda cənab Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 

İcra başçısı daha sonra Ağstafa rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi istiqamətində həyata keçirilən proqramlardan, qəsəbə və kəndlərin infrastrukturunun yaxşılaşdırılması üçün görülən işlərdən söz açdı.

Qeyd edildi ki, rayonun bütün digər yaşayış məntəqələri kimi Soyuqbulaq qəsəbəsinində sosial probebləmlərinə daima qayğı ilə yanaşılmış, elektrik enerjisi və qaz təchizatı kimi məsələləri öz həllini tapmış, qəsəbədə yeni orta məktəb binası inşa edilib.

Qəsəbədə subartezian quyularının qazıldığını, bir neçəsinin təmir edildiyini və sakinlərin suya olan təlabatının ödənildiyini bildirdi. Sonra vətəndaşların müraciətlərində qaldırılan məsələlərin bir qismi yerindəcə həll olunub, araşdırılmasına ehtiyac olan digər məsələlərin isə İcra başçısı tərəfindən qanunvericiliyə uyğun, operativ həlli üçün müvafiq təşkilat rəhbərlərinə konkret  tapşırıqlar verilib.

Sizə yeni x var
Keçid et
SON DƏQİQƏ! Kəlbəcərdə DƏHŞƏTLİ PARTLAYIŞ - Çoxlu sayda YARALI VAR