Modern.az

Ağstafada bayram keçirildi

Ağstafada bayram keçirildi

Aktual

27 Dekabr 2018, 15:58

Bu gün Ağstafa rayon İcra hakimiyyəti və Ağstafa aqroparkının birgə təşkilatçılığı ilə 31 dekabr  Dünya Azərbaycanlılarının Həmrəylik Günü və qarşıdan gələn yeni il münasibəti ilə Ümumrayon tədbiri keçirildi.

 

Modern.az xəbər verir ki, Ağstafa şəhəri Heydər Əliyev adına parkda təşkil olunmuş bayram tədbirini giriş sözü ilə açan rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev ilk öncə hər kəsi bu əlamətdar bayramlar münasibəti ilə ürəkdən təbrik edib.

Bildirilib ki,  dünya azərbaycanlılarının milli birliyinin ideoloqu, təbliğatçısı və təşkilatçısı məhs Ulu öndər Heydər Əliyevdir. Yorulmaz fəaliyyəti ilə Heydər Əliyev siyasi fəlsəfəsinə, onun liderlik məktəbinə söykənən Prezident İlham Əliyev Ulu Öndərin bu sahədəki xidmətlərini uğurla davam etdirir. İcra başçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əiyevin rəhbərliyi ilə 2019-cu ildə Ağstafa rayonunda görüləcək geniş abadlıq-quruculuq işləri, reallaşdırılan irimiqyaslı sosial infrastruktur layihələrin davam olaraq görülən işlər barədə məlumat verdi. İcra başçısı bildirdi ki, yola saldğımız il rayonumuz üçün olduqca əlamətdar və uğurlu il kimi tarixə qovuşur. Növbəti ildə də bu istiqamətdə tədbirlər uğurla icra olunacaq.

 

Sonra  Xalq artisti Teyyub Aslanov, səhnəmizin tanınmış ifaçıları Eldar Ələkbərov, Vasif Məhərrəmli, Şəbnəm Tovuzlu, Mənzurə Musayeva və başqalarının təqdimatında geniş konsert proqramı ilə davam etdirildi.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım