Modern.az

Dələduzluq etməkdə şübhəli bilinən keçmiş məhkum saxlanılıb

Dələduzluq etməkdə şübhəli bilinən keçmiş məhkum saxlanılıb

Aktual

27 Dekabr 2018, 18:17

Dələduzluq etməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini saxlanılıb.

 

Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, Sumqayıt ŞPİ 1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il aprelin 15-dən dekabrın 5-dək olan müddətdə şəhər ərazisindəki 1 mağazadan, 1 avtomobildən, 8 evdən pul və məişət əşyaları oğurlamaqda, habelə 3 nəfərə qarşı dələduzluq etməkdə şübhəli bilinən şəhər sakini, Xalid Allahverdiyev saxlanılıb.

Həmin şəxs əvvəllər də məhkum olunub.

Whatsapp
Bizə yazın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım