Modern.az

Xüsusi təyinatlı hərbi təhsil müəssisələrində ilə yekun vuruldu

Xüsusi təyinatlı hərbi təhsil müəssisələrində ilə yekun vuruldu

Aktual

27 Dekabr 2018, 20:14

Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, qoşun növləri və qisimlərində, Nazirliyin baş idarə, idarə və xidmətlərində, birlik və birləşmələrdə, xüsusi təyinatlı hərbi təhsil müəssisələrində 2018-ci ilin yekunlarına dair toplantılar keçirilib.

 

Müdafiə Nazirliyindən Modern.az-a verilən məlumata görə, tədbirlərdə məruzə edənlər il ərzində görülən işlərdən, qazanılan uğurlardan və 2019-cu ildə qarşıda duran vəzifələrdən danışıblar.

 

Sonda müdafiə nazirinin müvafiq əmrləri ilə 2018-ci ildə döyüş hazırlığının yekunlarına görə xidmətdə fərqlənən hərbi qulluqçulara fəxri fərmanlar, qiymətli hədiyyələr və digər mükafatlar təqdim olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım