Modern.az

Yol qəzasında iki qadın xəsarət aldı

Yol qəzasında iki qadın xəsarət aldı

Aktual

27 Dekabr 2018, 23:55

Salyan rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Modern.az "Report"a istinadən xəbər verir ki, hadisə axşam saatlarında Kürsəngi kəndində qeydə alınıb.

 

Belə ki, “Hundai” markalı avtomobil idarəetmədən çıxaraq qəzaya uğrayıb. Nəticədə Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü Fətullayeva Lalə Cabir qızı və 1976-cı il təvəllüdlü Həsənova Aidə Zakir qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

 

Faktla bağlı araşdırma aparılır.

 

Xatırladaq ki, bir neçə gün bundan əvvəl Salyanda yol qəzası nəticəsində 1 nəfər ölüb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım