Modern.az

Zaqatala polisi evlərdən oğurluq edən şəxsi tutdu

Zaqatala polisi evlərdən oğurluq edən şəxsi tutdu

Aktual

28 Dekabr 2018, 10:13

Dekabrın 27 -də Zaqatala Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən rayon sakini onun evindən 139 manat pulun oğurlandığını bildirib.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Modern.az-a verilən məlumata görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxsin rayonun Yuxarı Tala kənd sakini Əhməd Məmmədov olduğu müəyyən edilib. Ətrafında aparılan araşdırmalarla onun digər cinayət əməlinin də üstü açılıb. Belə ki, onun dekabrın 6-da başqa bir evdən də 400 manat pul oğurladığı  müəyyən edilib.

 

Faktla bağlı Zaqatala  RPŞ-də araşdırma aparılır.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım