Modern.az

Naxçıvan Ali Məhkəməsinin iki hakimi vəzifəsindən azad edildi  

Naxçıvan Ali Məhkəməsinin iki hakimi vəzifəsindən azad edildi   

28 Dekabr 2018, 12:06

Naxçıvan Ali Məhkəməsinin iki hakimi vəzifəsindən azad olunub.

Modern.az-ın xəbərinə görə, Milli Məclisin bu gün keçirilən iclasında Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi hakimlərinin vəzifədən azad edilmələri haqqında  məsələyə baxılıb.

Layihədə Məhkəmə-Hüquq Şurasının təkliflərinin nəzərə alınaraq Polad Həsənovun və Qabil Məmmədovun vəzifələrinin dəyişdirilməsi ilə əlaqədar Naxçıvan Ali Məhkəməsinin hakimi vəzifəsindən azad edilməsi təklif edilib.

Məsələ səsverməyə çıxarılaraq qəbul edilib.

 

Sizə yeni x var
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?