Modern.az

Bayram günlərində hava necə olacaq? - PROQNOZ

Bayram günlərində hava necə olacaq? - PROQNOZ

28 Dekabr 2018, 14:01

Bayram günlərində 2018-ci il dekabrın 31-də və 2019-cu il yanvarın 01-nə olan ilkin hava proqnozu açıqlanıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, dekabrın 31-də paytaxtda hava şəraiti dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər və axşam bəzi yerlərdə çiskinli olacağı ehtimalı var.  Şimal küləyi əsəcək.

Havanın temperaturu  gündüz 7-10, 31-dən  yanvarın 01-nə keçən gecə 2 dərəcəyə yaxın olacaq.

 

Yanvarın 01-də gün ərzində mülayim, əsasən yağmursuz hava şəraitinin davam edəcəyi gözlənilir.

 

Qeyd: Hər gün bir daha dəqiqləşdirilmiş məlumat təqdim olunacaqdır.

Sizə yeni x var
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım