Modern.az

Şəmkirdə cip aşdı - Ölən və yaralananlar var

Şəmkirdə cip aşdı - Ölən və yaralananlar var

Aktual

28 Dekabr 2018, 15:22

Şəmkir rayonunun Kür qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

 

Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, dekabrın 27-də saat 15 radələrində Şəmkir rayonunun Kür qəsəbəsi ərazisində Qədim Qala kənd sakini olan yeniyetmə idarə etdiyi “Chrysler” markalı avtomobili aşıb.

 

Nəticədə avtomobildəki sərnişinlərdən İsrafil Ələsgərli hadisə yerində ölüb, sürücü və digər iki sərnişini xəstəxanaya yerləşdiriliblər.

Şəmkir RPŞ tərəfindən araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım