Modern.az

Bakıdan yola çıxan sürət qatarı Gəncəyə çatdı

Bakıdan yola çıxan sürət qatarı Gəncəyə çatdı

Aktual

29 Dekabr 2018, 13:10

Bakıdan yola çıxan sürət qatarı artıq Gəncə vağzalına çatıb.

 

Modern.az xəbər verir ki, qatarın ilk sərnişinləri arasında media nümayəndələri və millət vəkilləri də var.

 

Qeyd olunub ki, Bakı-Gəncə-Bakı sürət qatarı hər ayın cüt tarixlərində Bakıdan, tək tarixlərində isə Gəncə şəhərindən saat 09:00-da yola düşəcək. Qatarın yolda olma müddəti 4 saat 28 dəqiqə təşkil edir.

 

Sərnişinlərin nəzərinə çatdırılıb ki, qatarın Biləcəri, Yevlax və Goran stansiyalarında dayanacaqları mövcuddur. 4 vaqondan ibarət qatarda Birinci class (9 yer), Biznes (62 yer) və Standart (296 yer) olmaqla, cəmi 367 oturacaq yer var. Gediş biletləri dəmiryol kassalarında və internet saytında onlayn satılır.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım