Modern.az

İranda məktəblər bağlandı - Qarlı hava səbəbindən

İranda məktəblər bağlandı - Qarlı hava səbəbindən

Aktual

29 Dekabr 2018, 17:26

İranın 15 vilayəti, Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Ərdəbil, Çahar-Mahal və Bəxtiyari, Xuzistan, Simnan, Zəncan, Qəzvin, Kürdüstan, Kirmanşah, Kohgiluyə və Buyir-Əhməd, Gilan, Lorestan, Mazandaran və Həmədan vilayətini qar və çovğun bürüyüb.

 

Modern.az-ın məlumatına görə, bunu İranın Yardım və Xilasetmə Təşkilatının sədri Murtaza Səlimi deyib.

Onun sözlərinə görə, ötən 2 sutkada 4430 nəfərə yardım edilib, 50 nəfər müvəqqəti sığınacaqlarda yerləşdirilib.

 

İranın Qərbi Azərbaycan Təlim-Tərbiyə Baş İdarəsinin ictimai əlaqələr şöbəsinin müdiri Mehdi Məhəmmədpur qarın Qərbi Azərbaycan vilayətində 4 rayonda məktəblərin bağlanmasına səbəb olduğunu deyib.

Qar və çovğun nəticəsində Ərdəbil vilayətinin 7 şəhərində də məktəblər bağlanıb.

 

İranın Şərqi Azərbaycan vilayəti yolları qarının təmizlənməsi üzrə məsul şəxsi Qulamrza Rəsulzadə deyib ki, ötən gecə qar yağması nəticəsində vilayətin 600 kəndi ilə əlaqəsi kəsilmişdi. Yol idarəsi əməkdaşlarının səyi nəticəsində 200 kəndlə əlaqə bərpa edilib.

 

 

 

 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım