Bakı-Gəncə istiqaməti üzrə növbəti qatar dekabrın 30-da saat 09:00-da yola düşəcək.
"Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, sabaha, ümumilikdə 85 bilet satılıb. 81 bilet standart, 4-ü biznes yer üçündür.
Səhərədək satılacaq biletlərin sayının artacağı gözlənilir.
Qeyd edək ki, standart yer üçün biletlərin qiyməti 15 manat, biznesdə 50 manat, birinci klasda 100 manatdır.