Göygöl şəhərində bıçaqlanma hadisəsi olub. Modern.az "Report"a istinadən xəbər verir ki, 1992-ci il təvəllüdlü Elçin İlham oğlu Abbasov naməlum şəraitdə bıçaqlanıb.
Yaralı xəstəxanaya yerləşdirilərək əməliyyat olunub. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.
Hazırda hadisənin kim tərəfindən və hansı səbəbdən törədildiyi araşdırılır.